hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Erməni hərbi qüvvələri strateji obyektlərdə təxribat törədə bilərmi? - AÇIQLAMA

Erməni hərbi qüvvələri strateji obyektlərdə təxribat törədə bilərmi? - AÇIQLAMA

Azərbaycan, Ermənistan və Rusiya Federasiyası rəhbərlərinin birgə imzaladığı 10 noyabr bəyanatında erməni həbi birləşmələrinin ərazilərimizdən çıxarılması nəzərdə tutulsa da, hələ indiyədək bu məsələ həllini tapmayıb.

Rusiya sülhməramlılarının əsas missiyalarından biri bu olmalı olsa da, əksinə fəaliyyət davam etməkdədir. Azərbaycan ərazilərində erməni hərbi birləşmələrinin olması isə potensial təhlükə mənbəyidir.

Məlum olduğu kimi, hələlik Sərsəng su anbarının yerləşdiyi ərazi Azərbaycanın nəzarətində deyil.

Qeyd edək ki, bu anbar potensial təhlükə mənbəyi hesab olunur. Onun bəndlərinin dağıdılması baş verərsə, Tərtər rayonunun bəzi kəndləri tamam, bəziləri isə qismən suyun altında qala bilər. Eləcə də Suqovuşan su anbarı və digər strateji obyektlər də təxribatdan sığortalanmayıb.

Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, bu ərazilərdən silahlı erməni birləşmələrinin çıxarılmaması Kremlin siyasətidir:

“Məqsəd burada Azərbaycana qarşı təzyiqlər etməkdir. Bəyannamənin 4-cü bəndi məqsədli formada yerinə yetirilmir. Bu gələcəkdə silahlı insidentlərə rəvac verə bilər. Azərbaycan və Türkiyə bu məsələni Moskva ilə müzakirə edir. Silahlı erməni birləşmələrinin qalması separatizmdir. Azərbaycanın bu terrorçulara qarşı hərbi əməliyyatlar keçirməsi qanunidir”.

Politoloq bildirir ki, erməni separatcılığı və ərazilərimizdə erməni silahlı birləşmələrinin qalması potensial təhlükədir:

“Onlar burada Rusiya sülhməramlı qüvvələrinin müdafiəsi altındadır. Açıq şəkildə özbaşına təxribatlardan cəkinərlər. Amma göstəriş olacaqsa, onlar həmin məkanlarda təxribatlar edər. Onlar Qarabağda məhz təxribatlar üçün saxlanılıb”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 3147