hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Erməni nazir kommunikasiyaların açılmasından danışdı

Erməni nazir kommunikasiyaların açılmasından danışdı

“Bölgəmizdəki iqtisadi və nəqliyyat xətlərinin blokadadan çıxması bütövlükdə Avrasiya bölgəsini təsir edəcək”. Cebhe.info-nun məlumatına görə, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentdə çıxışı zamanı belə deyib.

O, bildirib ki, kommunikasiyaların açılması 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş bəndə əsasən həyata keçirilir. Nazir bu müddəanın icrasını təmin etmək üçün Üçtərəfli İşçi Qrupunun yaradıldığını qeyd edib.

Ayvazyan əlavə edib ki, kommunikasiyalrın açılması bölgənin potensialından heç bir geosiyasi üstünlük olmadan hərtərəfli istifadə edilməsinə imkan verməlidir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1112