hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Erməni patriarxatı Suriyada Türkiyənin qələbəsi üçün dua edir

Erməni patriarxatı Suriyada Türkiyənin qələbəsi üçün dua edir

İstanbuldakı Erməni Patriarxlığı, Türk Ordusunun Suriyada uğur qazanması üçün dua edir.

Virtualaz.org TRT Haber-ə istinadən bildirir ki, patriarxatın yaydığı məlumatda belə deyilir.

Yepiskop Saak Maşalyanın sözlərinə görə, patriarxat, Türkiyənin sərhədlərində sülhün hökm sürməsi və bu ərazilərin terrorçulardan tamamilə təmizlənməsi üçün dua edir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 oktyabrda ölkənin Silahlı Qüvvələrinin Suriyanın şimalında Kürdüstanın İşçi Partiyası (PKK) və "İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı yönəlmiş "Barış bulağı" əməliyyatına başladığını elan edib.

Cebhe.info


Oxunma sayı: 1024