hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Erməni təbliğatı səhvə yol verdi və…

Erməni təbliğatı səhvə yol verdi və…

Türk mediası Orta Şərqdəki mənbələrinə istinadən dəfələrlə yazıb ki, Azərbaycana qarşı müharibədə iştirak etmək üçün Dağlıq Qarabağa PKK terrorçuları, eləcə də Suriya və Livandan olan erməni qrupları göndərilib.

Virtualaz.org bildirir ki, bu dəqiqələrdə Qarabağ separatçılarının populyar telegram kanallarından biri, erməni ordusunun təzə formasında olan bir ərəb legionerinin çağırışını paylaşıb və dərhal da silib.

Mətndə yazılıb: "Milliyyətçi ASALA qrupunun (Ermənistanın Qurtuluşu uğrunda Erməni Gizli Ordusu) Livandan olan könüllü döyüşçüsü bildirir ki, erməni diasporunun nümayəndələri Yerevana köməyə gedirlər".

Mətndə bu erməni terrorçu, bir müddət əvvəl Ermənistanın baş naziri tərəfindən elan edilmiş ərəb muzdluları ilə bağlı növbəti saxta müraciətə istinad edərək, Qarabağda İŞİD-lə mübarizə apardığını bildirir. Bu Ermənistanın, PKK və ASALA-nın, eləcə də Suriya və Livandan gələn erməni hərbi birləşmələrinin üzvlərindən necə beynəlxalq rerrorçu dəstəsi təşkil etdiyini göstərir.

Cebhe.info


Oxunma sayı: 2234

Bizim Telegram səhifəmizi izləyin