hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Erməni tərəfi işğaldan azad edilən rayonlara getmək istəyir: “Azərbaycan icazə verərsə...”

Erməni tərəfi işğaldan azad edilən rayonlara getmək istəyir: “Azərbaycan icazə verərsə...”

Məlum olduğu kimi, Ermənistanda analar Müdafiə Nazirliyi qarşısına toplaşaraq övladlarının cəsədlərinin onlara qaytarılmasını tələb ediblər.

Cebhe.info xəbər verir ki, nazirliyin nümayəndəsi polkovnik Vitali Voskanyan etirazçıların qarşısına çıxaraq onlarla görüşüb. Erməni mətbuatının yazdığına görə, Rusiya sülhməramlıları erməni hərbçilərin cəsədlərini tapmaq üçün köməyə hazır olduğunu bildirib.

Söhbət erməni tərəfinin giriş imkanı olmayan, yəni işğaldan azad edilən Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı kimi bölgələrdən gedir: "Rusiya sülhməramlıları bizə gözlədiyimizdən də artıq kömək edir".

Polkovnik bildirib ki, erməni tərəfi Hadrut, Qubadlı və Cəbrayıl rayonlarından cəsədlərin götürülməsi üçün Azərbaycan tərəfindən cavab gözləyir. Tərəflər arasında danışqlar aparılır:

"Rusiya sülhməramlılar bu bölgələrə girərək cəsədlərin götürülməsində kömək təklif ediblər. Əgər Azərbaycan tərəfi icazə versə, biz də həmin rayonlara gedərik, şəxsən mən sülhməramlılarla birgə gedərəm".

Xəzər
Cebhe.info


Oxunma sayı: 34519

Bizim Telegram səhifəmizi izləyin