hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Erməni təxribatı: “Döyüşlərin səmtini dəyişmək lazımdır” - POLİTOLOQ

Erməni təxribatı: “Döyüşlərin səmtini dəyişmək lazımdır” - POLİTOLOQ

“Şəhidlər başımızın tacıdır, onların qanı ilə sulalan torpaqlar torpaqlar vətən və müqəddəs məkana çevrilir . Bu torpaqları vətənə çevirən şəhidlərimizə Allahdan rəhmət diləyir, əzizlərinə başsağlığı verirəm. Artıq onlar hər birimizin balasıdır, hər birimizin ağrısıdır. Bunu ictimai diqqət və reaksiyada da açıq sezmək olur. Bu faktın özü də bir daha göstərir ki, Qarabağ hələ də cəmiyyətdə yeganə birləşdirici amil olaraq qalır və bu məsələdə xalq heç kimsəyə güzəştə getməyəcək. Bu, çox vacibdir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Natiq Miri deyib. N.Miri Tovuzda baş verən hərbi toqquşmaya gəlincə, bildirib ki, artıq döyüşləri Ermənistanla sərhəddən Qarabağ cəbhəsinə yönəltmək lazımdır:

“Çünki Qarabağ işğal olunmuş ərazilərdir və bu bizə torpaqları azad etmək hüququ verir. Bunun üçün isə heç bir erməni təxribatına və bu kimi bəhanəyə ehtiyac yoxdur. Qarabağın işğalı ən böyük səbəb deyilmi?”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5171

Bizim Telegram səhifəmizi izləyin