hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Erməni vandalizminin “əsəri”: Ağdamın xarabalıqları tarix üçün saxlanıla bilərmi? - AÇIQLAMA

Erməni vandalizminin “əsəri”:  Ağdamın xarabalıqları tarix üçün saxlanıla bilərmi? - AÇIQLAMA

Erməni işğalından azadl edilmiş Ağdam şəhərinin görüntüləri yayılıb.

Görüntülərdən aydın olur ki, ermənilər Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Ağdamı xarabalığa çeviriblər. Bədnam qoşunlarımızın dövlətimizə, millətimizə vurduğu bu maddi və mənəvi zərbələrin izi qəlbimizdən silinməyəcək.

Həmçinin gələcək nəsillərin öz gözləri ilə bunları görməsi üçün şəhərin xarabalıqlarının erməni təcavüzünün abidəsi olaraq saxlanması ilə bağlı təkliflər də səslənməkdədir.

Tarix, mədəniyyət abidələrinin bərpası üzrə mütəxəssis Aytəkin İmranova Cebhe.info-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı geniş müzakirələrə ehtiyac var:

“Dünya təcrübəsində müxtəlif variantlardan istifadə olunur. Məsələn, İkinci Dünya Müharibəsindən xatirə olaraq, Almaniyanın Drezden şəhərində də belə abidələr var. Böyük kilsələri çərçivəyə alıb, üzərinə lövhə vurublar ki, bura müttəfiq qoşunları tərəfindən bombalanıb. Həmçinin Vaterloo döyüşü ilə bağlı abidələr də qalmaqdadır. Bizdə də bütün rayonları deyil, hər bir rayonun ərazisində bir məhəlləni bu cür çərçivəyə almaq olar. Hesab edirəm ki, bu yaddaş məsələsi olmaqla yanaşı, həm də iqtisadi cəhətdən səmərəli olar. Belə ki, həmin əraziləri təmizləyib, bərpa etməkdənsə, yaşayış məntəqələrini yeni ərazilərdə qurmaq olar. Diplomatiya öz yerində, amma unutqanlığa da yol vermək olmaz. Görüntü insanların yaddaşında daha yaxşı qalır, nəinki yazılı məlumatlar”.

Mütəxəssis hesab edir ki, həmçinin Ermənistan tərəfindən atılan raketlər nətisində Gəncə şəhərində baş verən dağıntılar hələ ki, saxlanılmalıdır. Onun sözlərinə görə, ümumiyyətlə işğaldan azad olunan bölgələrin yenidən qurulması və bərpası ictimai müzakirə tələb edir:

“Ərazilərdə böyük dağıntılar var. Tarixi abidələrimiz, diyarşünaslıq muzeyləri dağıdılıb. Bu baxımdan bu məsələdə tələsmək olmaz. Konsepsiya işlənib hazırlanmalı, böyük diskussiyalar aparılmalı, məlumatlar toplanmalıdır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 4621

Bizim Telegram səhifəmizi izləyin