hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Erməni zabiti həbs olundu

Erməni zabiti həbs olundu

Hərbi çağırışçı Artur Qazaryanın ölümü ilə bağlı cinayət işi çərçivəsində Ermənistan ordusunun həbsdə olan leytenant X.A.-ya ittiham irəli sürülüb.

Cebhe.info "Armenian News"-a istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Zabitə münasibətdə həbs qətimkan tədbiri seçildi.

Xatırladaq ki, iyulun 16-da sıravi Artur Qazaryan silahlarla davranma qaydalarının pozulması nəticəsində başından güllə yarası alıb. Hərbi xəstəxanaya aparan yolda A. Qazaryan ölüb.

Bu faktla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (döyüş növbətçiliyi və ya hərbi xidmət keçmə qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

İlkin istintaq davam edir.

Cebhe.info


Oxunma sayı: 595