hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Ermənilər Azərbaycandan şikayətçi olub: NƏYİ DƏYİŞƏCƏK? - RƏY

Ermənilər Azərbaycandan şikayətçi olub: NƏYİ DƏYİŞƏCƏK? - RƏY

“Azərbaycan ordusunun son təlimləri, üstəgəl Ermənistanla sərhədin gücləndirməsi tədbirləri İrəvanı narahat edib. Təsadüfi deyil ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyan martın 20-dəki brifinq zamanı ATƏT-ə şikayət məktubu göndərildiyini deyib. Şikayət məktubunun məğzi belədir ki, guya Azərbaycan beynəlxalq təşkilatları əvvəlcədən xəbərdar etmədən hücum hədəfli hərbi təlimlər keçirməklə beynəlxalq razılaşdırmalara zidd addım atıb”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu bildirib ki, ermənilərin şikayətləri heç bir əhəmiyyət kəsb etmir:

“Erməni diplomat onu da deyib ki, Azərbaycanın Ermənistan sərhədində yeni hərbi baza yaratması da bölgədə inam atmosferinin formalaşmasına xidmət etmir. Guya işğala məruz qalanla işğalçı arasında nəsə inam atmosferi var imiş. Bu açıqlamadan sonra Anna Naqdalyan şantaj xarakteli açıqlama verməklə müdafiə nazirləri Tonoyanın bir müddət əvvəlki bəyanatını təkrarlayıb: “Biz müdafiə olunmaq və əks- zərbə vurmaq hüququnu özümüzdə saxlayırıq”.

Özləri üçün deyirlər. Hərbi təlimlər hüququmuzdur, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir. Ermənistan separatçılarla birgə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirəndə nə kiməsə xəbər verir, nə də beynəlxalq hüquqa istinad edir. Hərbi təlimlərin sayını və miqyasını artırmaq siyasətini davam etdirməliyik”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1522