t Ermənilər azərbaycanlı iş adamlarına maneələr yaradır
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Ermənilər azərbaycanlı iş adamlarına maneələr yaradır

Ermənilər azərbaycanlı iş adamlarına maneələr yaradır

İstanbulda XIX-cü əsrdə guya erməni uşaqlarının oxudulması üçün bağışlanan, bir dövr Polis İdarəsi və İstanbul Ədliyyəsi olaraq da istifadə edilən, xalq arasında Sansaryan kimi tanınan "Sanasaryan Xan", bərpa qarşılığında 35 illiyinə icarə üçün tenderə çıxarılıb.

Unikal.org-un məlumatına görə, 28 yanvar tarixində keçiriləcək tenderdə azərbaycanlı iş adamlarının da iştirak edəcəyi gözlənilir. Artıq Ermənilərin "Sanasaryan Xan"nın icarəyə götürməsində azərbaycanlı iş adamlarının iştirakına maneələr də yaradırlar. 

"Sansaryan Xan" 2013-cü ildə 5 ulduzlu otel kimi işlədilməsi üçün tender elan olunmuşdu. İstanbul Vəqflər 1. Region Müdirliyinin 2013-cü ildə elan etdiyi tenderi Azərbaycan və Türk iş adamları qazanmışdı. Ermənilər yenidən "Sanasaryan Xan"nın azərbaycanlı iş adamları tərəfindən tenderdə qalib gəlməsinə narahat olduqlarından Türkiyənin müvafiq qurumlarına müracətlər edirlər. 

Amma, azərbaycanlı iş adamları sözügedən sarayın yenidən icrayə götürəcəklərinə və buranı otel kimi istifadə edəcəklərinə iddiyalıdırlar. 

Qeyd edək ki, 2013-cü ildə tenderdə azərbaycanlı və türkiyə iş adamı qalib gəldiyi üçün Türkiyənin erməni patriarxı, Erməni Apostol Kilsəsinin Konstantinopol Patriarxiyası İstanbulda məşhur “Sanasaryan Xan” binasını erməni icmasına qaytarmaq xahişi ilə məhkəməyə müraciət etmişdi. Türkiyənin erməni patriarxı o vaxt, sarayın 3-cü şəxslərə təhvil verilməsi qərarına etiraz edərək, məhkəmənin qərarı ilə tenderi ləğv etdirmişdi.  Ancaq Ali Məhkəmə 1-ci Hüquq Bürosu, əvvəlki qərarından fərqli olaraq, 2017-ci ildə Mehmanxananın Vəqflər Baş Müdirliyinə aid olduğunu bildirmişdi.

Xatırladaq ki, bu ilin yanvar ayının 28-də keçiriləcək tenderin şərtlərinə görə,"Sanasaryan Xan" 3-ci il ərzində yenidən bərpa ediləcək və bundan sonra 32 illiyə icarəyə veriləcək. Sarayın bərpa-təmiri üçün 27 milyon 48 min lirə təyin olunub. Tenderdə ilk il üçün 80 min lirəlik aylıq icarə qiyməti müəyyənləşdirilib.

Cebhe.info


Oxunma sayı: 2278