hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Ermənilər Füzulini talan edib - Kosmosdan çəkiliş

Ermənilər Füzulini talan edib - Kosmosdan çəkiliş

"Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin "Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.

Cebhe.info xəbər verir ki, Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il sonra yayımlanan görüntülərdə rayonun talan olunduğu açıq bəlli olur.

Məlumat üçün qeyd edək ki, Füzuli rayonunun ərazisində bir milyon il əvvələ aid qədim insanların yaşadığı mağaraların qalıqları yerləşir. Cənubi Qafqaz regionunda qazıntılar zamanı ən qədim metal tapıntılar məhz Füzuli rayonunda aşkar olunub.

Cebhe.info


Oxunma sayı: 914