hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ermənilər Laçından çıxarılır: “Deyirlər ki, gedin Ağdərədə torpaq əkin...” - İRƏVANDA ETİRAZ

Ermənilər Laçından çıxarılır: “Deyirlər ki, gedin Ağdərədə torpaq əkin...” - İRƏVANDA ETİRAZ

Azərbaycanın Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilər bu gün İrəvanda hökumət binası qarşısında aksiya keçiriblər.

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, Mincivan şəhərinin "merinin katibi" kimi təqdim edilən Məryəm Ayrapetyan bildirib ki, hökumətin qəbul etdiyi və vəd etdiyi qərarlar icra olunmur:

“Biz çıxılmaz vəziyyətədəyik. Dünən Xankəndidən Yyk Hanımyan gəlmişdi (separatçı rejimin “ərazi idarəetmə və infrastruktur naziri”-red") bildirdi ki, hər kəs Qarbaağda yaşamaq üçün geri qayıtmalıdır.

Mən dövlət siyasətini anlayıram, ancaq Laçının cənub qoluna gəldikdə orada hamısı yerləşdirilənlərdir. 30 ildir orada yaşayıblar, qan töküblər, ev tikiblər. Son günlər isə qadınlar demək olar ki, ancaq paltarda rayonu tərk ediblər. İndi isə bu insanları inandırmağa çalışırlar ki, onlar gedib Ağdərənin sərhəd kəndlərində torpaq əksinlər. Onlara ancaq ev tikmək vəd olunub".

Aksiyaçılardan Anuş Petrosyan bildirib ki, kredit götürüb və iki ev tikib, indi isə bu evlər əlindən alınıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 12552