hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ermənilər Lavrovdan Hadrutu istəyir

Ermənilər Lavrovdan Hadrutu istəyir

Vətən Müharibəsindən əvvəl Azərbaycanın işğal olunmuş Hadrut şəhərində məskunlaşan ermənilərin bir qrupu İrəvanda aksiya keçiriblər.

Cebhe.info xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan qrup rusiyalı nazir Sergey Lavrovun səfəri zamanı Hadrut məsələsinin müzakirəsini istəyiblər.

"Eşitdik ki, Lavrov XİN-ə gələcək. Bilmirik ki, səfər nə vaxt olacaq, buna görə də səhər tezdən bura gəlib onu gözləyirik. Öz şikayətimizi ona çatdırmaq istyirik”.

Aksiyaçılar erməni nazir Ara Ayvazyanın onları qəbul etmədiyini də bildiriblər: "Biz Hadruta qayıtmaq istəyirik. İrəvanda, ya da Xankəndidə yaşamaq istəmirik. Bizə təklif edirlər ki, başqa yerlərdə yaşayaq".

Xatırladaq ki, Lavrov bu gün İrəvana səfər edəcək.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1816