hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Ermənilər “Sülh çeşməsi”ni bulandırır

Ermənilər “Sülh çeşməsi”ni bulandırır

Rəsmi Ankaranın Fərat çayının şərq hissəsində antiterror əməliyyatına başlamasından istifadə edən ermənilər Türkiyə əleyhinə kampaniyaya başlayıb. 

Cebhe.info-nun məlumatına görə, Ermənistanın rəsmi dairələri “Sülh çeşməsi” əməliyyatının Suriyadakı kürdlərə və ermənilərə qarşı yönəldiyinə dair xəbər yayıb. Ermənistan parlamentinin Təhsil, Elm, Mədəniyyət, Diaspora, Gənclər və İdman komissiyasının rəhbəri Mxitar Ayrapetyan yaranmış vəziyyəti ölkəsinin Hələbdəki konsulu Armen Sarkisyanla telefonda müzakirə edib. Deputat konsuldan aldığı məlumat əsasında guya yaşayış məntəqələrinin atəş altında qaldığını bildirib: 

“Hazırda Türkiyə Silahlı Qüvvələri 16 erməni ailəsinin yaşadığı Təl Əbyad şəhərini atəş altında saxlayır. Biz sabah həmin ailələri şəhərdən evakuasiya etməyi planlaşdırırıq”, - konsul belə deyib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 10-da səhər saatlarında Təl Əbyad şəhərini nəzarətə götürərək terrorçulardan azad edib. Türkiyə Müdafiə Nazirliyi yaydığı bəyanatda hərbi əməliyyatın əsas məqsədinin PKK/YPG terrorçularına qarşı mübarizə aparmaq olduğunu, mülki əhaliyə ziyan dəymədiyini bildirib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 6832