hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Ermənilər Rusiyaya axışır: Kimi çörək, kimi pasport dalınca gedir

Ermənilər Rusiyaya axışır: Kimi çörək, kimi pasport dalınca gedir

2021-ci ilin yanvar-iyun aylarında 21,9 min nəfər Ermənistan sakini Rusiya vətəndaşlığı alıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər çoxdur. Cebhe.info-nun məlumatına görə, bu barədə Ermənistan mediası xəbər yayıb.

Qeyd edilir ki, Beynəlxalq Valyuta Fondunun adambaşına düşən ÜDM-ə (alıcılıq qabiliyyəti pariteti) görə tərtib etdiyi ölkələrin reytinqində Rusiya ötən il 48-ci, Ermənistan isə 88-ci yeri tutub.

Yanvar-aprel aylarında Rusiyada orta illik əməkhaqqı 2,9 faiz artdığı halda, Ermənistanda 1 faiz azalıb. Rusiyada orta pensiya məbləği indi təxminən 200 dollardır. Ermənistanda isə pensiyalar ötən ilin sonunda hətta 90 dollar səviyyəsinə çatmayıb. Bu ilin yanvar-mart aylarına dair məlumatlara görə, Rusiyada miqrasiya qurumlarında qeydiyyatına alınan Ermənistan vətəndaşlarının sayı 289,9 min nəfərə çatıb ki, bu da 2020-ci ilin eyni dövrünün göstəricisindən 90,9 min nəfər artıqdır.

Eyni zamanda, bu hal özünü işləmək məqsədilə Rusiyada qeydiyyatdan keçmə hallarının ümumi sayında da göstərir. Ermənistandan Rusiyaya əmək fəaliyyəti ilə məşğul olmaq üçün 202,3 min nəfərin getdiyi qeydiyyata alınıb. Bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə dörd dəfə çoxdur.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 628