hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənilər Şuşada satqın axtarır: “Onu şəhərə yaxın buraxmadılar” - Paşinyanla gizli görüşün sirri açıldı

Ermənilər Şuşada satqın axtarır: “Onu şəhərə yaxın buraxmadılar” - Paşinyanla gizli görüşün sirri açıldı

Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən sonra Ermənistan cəmiyyəti və siyasi dairələri satqın axtarışına çıxıb.

Bunlardan biri də Azərbaycan torpaqlarının işğalında iştirak etmiş "Qarabağ qəhrəmanı" adlandırılan general Vitali Balasanyandır.

O, mətbuta bildirib ki, 25 oktyabrda İrəvana gedib və Baş nazir Nikol Paşinyanla görüşüb.

Cebhe.info erməni mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra Balasanyan xalqa müraciət edərək silaha sarılmağa və döyüşə yollanmağa çağırıb. Ancaq özü nədənsə döyüşlərdə görünməyib.

Onun döyüşlərdə iştirak etməməsi və Paşinyanla görüşündə müzakirə olunan məsələlərin gizli saxlanılması cəmiyyətdə narazılıq yaradıb. Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, "Vətən" Partiyasının sədri Artur Vanesyan bu görüşün təfərrüatlarını açıqlayıb.

O bildirib ki, Balasanyan Paşinyandan cəbhədə ən gərgin vəziyyətin harada müşahidə olunduğunu soruşub. Paşinyan isə ən ağır vəziyyətin Şuşa ətrafında olduğunu deyib. Balasanyan "Məni Şuşaya göndərin, müdafiəni təşkil edim, əgər bacarmasam, məni satqın adlandırmaq üçün əlinizdə əsas olar", - deyə Paşinyana müraciət edib.

Paşinyan bu təkliflə razılaşıb və onun Şuşaya gedə biləcəyini deyib.

Balasanyan bu söhbətdən sonra Qarabağa gəlib. Ancaq son günə qədər onu erməni silahlı birləşmələri Şuşaya yaxın buraxmayıblar: "Ona deyiblər ki, İrəvandan bununla bağlı heç bir təlimat gəlməyib. İndi bir sual yaranır - Balasanyanı Şuşaya kim və niyə buraxmadı?" , - deyə Vanesyan bildirib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3829

Bizim Telegram səhifəmizi izləyin