hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Ermənilər Tovuzu top atəşinə tutub

Ermənilər Tovuzu top atəşinə tutub

Xəbər verildiyi kimi, iyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Cebhe.info-ya daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin top atəşi nəticəsində Vahidli kəndində ev yanıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Elgün Gəncimsoy
Cebhe.info


Oxunma sayı: 1497