hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Erməniləri aldadaraq Laçında saxlayıblar: “Bu gün də deyiblər ki, şəhəri tərk edin” - Paşinyanın sabiq müşaviri

Erməniləri aldadaraq Laçında saxlayıblar: “Bu gün də deyiblər ki, şəhəri tərk edin” - Paşinyanın sabiq müşaviri

“30 noyabrda saat 18:00-da Laçındakı ermənilərə deyilib ki, şəhər və ətraf kəndlər də Azərbaycanın nəzarətinə verilir. Buna görə də şəhəri tərk etsinlər".

Cebhe.info xəbər verir ki, bunu “Facebook” səhifəsində Baş nazirin keçmiş müşaviri Akop Çaxaryan yazıb.

O bildirib ki, 4 gün əvvəl də belə söz deyilmiş və əhali çıxmağa hazırlamışdı:

“Ancaq sonradan şəhər və ətrafdakı bir neçə kəndin Azərbaycana təhvil verilmədiyi bildirilib və əhali arxayınlaşıb. Bu gün isə onlara bildirilib ki, şəhəri tərk etmək üçün bir neçə saatları var. Onların isə buna zamanı və imkanı yoxdur. Hökumət isə bununla bağlı susur. İndi nə edəcəklər? Niyə indiyə qədər onları aldadaraq şəhərdə saxladınız?”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3367

Bizim Telegram səhifəmizi izləyin