hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistan 2 məktəblini öldürdü: "Dünya buna susmamalıdır"

Ermənistan 2 məktəblini öldürdü: "Dünya buna susmamalıdır"

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Təhsil Nazirliyindən bildirilib ki, ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

Məsələ ilə bağlı Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu hadisə çox ciddi şəkildə uşaq hüquqlarının pozulmasıdır:

"Uşaqların Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olması, hər il uşaqlarımızın atəşkəsin pozulması səbəbindən zərər çəkməsi azyaşlıların əlilliyi, ölümü ilə nəticələnir. Hər il çox sayda uşaq minaya düşür. Bu baxımdan, hazırda baş verən hadisələr, xüsusilə ilə Ermənistan qüvvələrinin adi sıravi vətəndaşları atəşə tutması, şəhər və rayonlarımızı, kəndlərimizi atəşə tutması, yolverilməzdir. Belə hadisələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi şəkildə pislənilir və pislənəcək. Əlbəttə ki, bu məsələlərlə bağlı Beynəlxalq təşkilatlara da müraciətlər edilib və bundan sonra da ediləcəkdir.

Buna görə, dünya buna susmamalıdır, təbii ki,Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görüləcək. Çünki hərbi münaqişələr zamanı uşaqların zərər çəkməsi, dıravi vətəndaşların atəşə məruz qalması yolverilməzdir. Azərbaycan Ordusu bu məsələlərə qətiyyən yol vermir. Lakin qeyd etmək lazımdır ki, Ermənistan qüvvələri həmişə olduğu kimi həm Birinci Qarabağ müharibəsində, həm qismən atəşkəs dövründə, Aprel döyüşlərində, bu günlərdə baş verən hərbi qarşıdurmada ciddi şəkildə bütün beynəlxalq konvensiyaları, uşaq hüquqları konvensiyasını pozur. Ermənistan bütün bunlara görə məsuliyyət daşımalıdır".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1409

Bizim Telegram səhifəmizi izləyin