hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Ermənistan Aprel döyüşlərini “qara qutu”ya atdı: Bir məğlubiyyət yetər

Ermənistan Aprel döyüşlərini “qara qutu”ya atdı: Bir məğlubiyyət yetər

Qarabağdakı 44 günlük müharibədə Azərbaycana məğlub olan və uzun illər işğalda saxlandığı torpaqları əsl sahibinə qaytarmağa məcbur edilən Ermənistanda Aprel döyüşləri ilə bağlı müzakirələri arxa plana keçirmək cəhdi var.

Cebhe.info xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

"Qraparak" nəşrinin yazdığına görə, aprel döyüşləri ilə bağlı hesabat hələ ötən ilin yayında tam hazır olub. Ancaq müharibənin başlaması hesabatın müzakirəsini arxa plana keçirib və sənədin ümumiyyətlə, müzakrə olunmayacağı gözlənilir. Beləliklə, sənəd “qara qutu”ya atılıb.

Nəşrin öz mənbəyinə istinadən yazdığına görə, hesabat parlamentin spikerinə noyabrda təqdim olunub. Ancaq bir neçə gün sonra Qarabağa dair Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üçtərəfli bəyanatı imzalanıb və müharibə bitib.

Reqlamentə görə, hesabat spikerə tədim olunduqdan sonra bir ay müddətində müzakirəyə çıxarılmalıdır.

Parlamentin növbəti sessiyası gələn həftə başlayacaq. Ancaq indiyə qədər parlamentin saytında sözügedən hesabat barədə qeyd yoxdur.

Hesabatı hazırlayan komissiya üzvlərindən biri bildirib ki, müharibədəki məğlubiyyətdən sonra bu sənəddən ümumiyyətlə, imtina mümkündür: "Hərçənd ki, sənəddə sensassiyalı məqamlar yox idi, ancaq budəfəki müharibə ilə müqayisədə aprel döyüşlərində hakimiyyətin günahları daha az idi", - deyə komissiya üzvü bildirib.

Xatırladaq ki, 2016-ci ildə baş verən aprel döyüşlərinin araşdırılması üçün Ermənistan parlamentində komissiya 2019-cu ilin mayında yaradılmışdı.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1310

Bizim Telegram səhifəmizi izləyin