hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarılıb

Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarılıb

Ermənistan prezidenti Karen Abrahamyanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini vəzifəsindən azad edib.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan liderinin mətbuat xidməti məlumat yayıb.

"Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, habelə, "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" Qanunun 40-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq Baş nazirin təklifini əsas götürərək, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Karen Abrahamyan vəzifəsindən azad edilir", -deyə Armen Sarkisyanın sərəncamında deyilir.

Qeyd edək ki, general-leytenant Karen Abrahamyan 2020-ci ilin fevralına qədər Qondarma Dağlıq Qarabağın Müdafiə naziri postunu tutub. Həmin ilin iyun ayında Abrahamyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini təyin edilib.

Naibə

Cebhe.info


Oxunma sayı: 551