hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

"Ermənistan dağıdılmış tarixi-dini abidələrə görə cavab verməlidir" - Rufiz Qonaqov

"Ermənistan dağıdılmış tarixi-dini abidələrə görə cavab verməlidir" - Rufiz Qonaqov

"Xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda, Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə isə Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər olub”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Rufiz Qonaqov deyib.

R. Qonaqov bildirib ki, azad edilmiş ərazilərimizdə bütün dünya bir daha tarixi, mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyinin şahidi oldu: “Təəssüflər olsun ki, erməni vandalları tərəfindən milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. İşğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılıb, eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir. Xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, bəşəri sivilizasiyaya qarşı vəhşilikdir.”

Politoloq vurğulayıb ki, zərrə qədər şübhə yoxdur ki, Azərbaycan dövləti azad edilmiş rayonlarda tezliklə geniş quruculuq işlərinə başlayacaq, həmin ərazilərdə müvafiq mədəniyyət infrastrukturu yaradılacaq və ­bütün tarixi-mədəni abidələri bərpa olunacaq.

Cebhe.info


Oxunma sayı: 2443