hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Ermənistan defolta gedir: “Hər erməninin 3 min dollar borcu var”

Ermənistan defolta gedir: “Hər erməninin 3 min dollar borcu var”

“Ermənistan vətəndaşları Nikolun səhvini baha ödəyəcək. Həminin maliyyə baxımından".

Cebhe.info xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq Prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan deyib.

O bildirib ki, ölkənin xarici borcu daha 10 faiz artıb:

"Hökumət daha 750 milyon dollar alıb, bununla da dövlət borcu 10 faiz artır. Bu vəsait iqtisadiyyatın inkişafına xərclənməli idi. Ancaq görünən odur ki, bu pulu maaşların və mükafatların xərclənməsinə yönəldəcəklər. Hakimiyyət dəyişdikdən sonra borc 2,3 milyard dollar artıb. İlin sonuna kimi dövlət borcu ümumdaxili məsulun 70 faizi həcmində olacaq”.

Ermənistanda "Dövlət borcu haqqında" Qanuna görə, icazə verilən hədd 60 faizdir:

“Hazırda Ermənistanda bu rəqəm 65-66 faiz təşkil edir. Deməli, dövlət borcu artıq bu həddi keçib. Nəzərə alaq ki, bu vəsait xarici valyutadadır və risk daha böyükdür. Hazırda hər bir Ermənistan vətəndaşının 2960 dollar borcu var. Vətəndaşlar bu borcu çox baha ödəyəcək”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2630