hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistan “Rus NATO”-sundan çıxarılır?- “İrəvanın ssenarisi baş tutmayacaq”-POLİTOLOQ

Ermənistan “Rus NATO”-sundan çıxarılır?- “İrəvanın ssenarisi baş tutmayacaq”-POLİTOLOQ

“Ermənistanın Azərbaycana qarşı işğalçı və hərbi cinayətləri, Rusiyanı təxribata çəkməsi Kollektv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bir növ fəaliyyətsiz bir qurum göstərmək cəhdidir”.
Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Gəncə və digər şəhərlərə atılan raketlər məhz KTM T Azərbaycana qarşı müharibəyə qoşmaq cəhdidir.

“KTMT o vaxt müdaxilə edir ki, hər hansı bir uzv ölkəyə səbəbsiz hucum olsun. Ermənistan Azərbaycanın şəhərlərini dinc sakinlərinə qarşı raket zərbələri endirirsə, Azərbaycan beynəlxalq hüquq çərçivəsində təcavüzün qarşısını almalıdır. Bu Ermənistan ərazisində olsa da həyata keçirilməlidir.

Hesab edirəm ki, Ermənistan KTMT zəiflətmək və aidiyyatı olmayan münaqişəyə cəlb etmək siyasəti uğurlu olmur. Düşünürəm ki, Ermənistan bu təşkilatdan çıxarılmalıdır. Amma Rusiya buna getməyəcək. İrəvanın da ssenarisi baş tutmayacaq”-deyə, politoloq deyib.

Aydın
Cebhe.info


Oxunma sayı: 2058

Bizim Telegram səhifəmizi izləyin