hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Ermənistan növbəti dəfə Qarabağ danışıqlarını pozdu – EKSPERT

Ermənistan növbəti dəfə Qarabağ danışıqlarını pozdu – EKSPERT

Dekabrın 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan və qondarma Qarabağ rejiminin lideri Bako Saakyan ilə Dağlıq Qarabağ müstəvisində danışıqlar aparıblar.

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu N.Paşinyanın işğal olunmuş torpaqlarımıza budəfəki səfərinin iki məqsədi olduğunu deyib:

“Birinci məqsədi ondan ibarət idi ki, danışıqlar prosesini Paşinyanla Saakyan öz aralarında həll etsinlər. Guya nəyi necə etmək barədə müzakirələr aparırlar.

İkinci məqsəd isə ondan ibarət idi ki, Paşinyan Dağlıq Qarabağ ərazisindən özünə başağrısı istəmir. Bir müddətdən sonra Qarabağda qondarma prezident seçkisi keçiriləcək və Paşinyan orada namizədlərlə də görüşüb. Çünki Paşinyan çalışır ki, hər şey sakit keçsin.

Bizim siyasi nöqteyi-nəzərindən təsir imkanlarımız azdır. Amma yenə də təzyiq hərbi güc vasitəsilə ola bilər. Ancaq bunun müəyyən risklərini də nəzərə almaq lazımdır. Eyni zamanda bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olacaq və Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq.

Düşünmürəm ki, bu danışıqlar da bir nəticə verə. Siyasi danışıqlar, diplomatik təsir vasitələri mümkün deyilsə, alternativ təsir imkanlarından istifadə etməliyik. Bu ay ATƏT-in toplantısı olacaq. Həmsədrlər də Azərbaycana tez-tez gəlib getsələr də Qarabağ məsələsi ilə bağlı heç bir reaksiya yoxdur. Reaksiya olmadığı halda da həm separatçılar, həm də Ermənistan hakimiyyəti özünü rahat hiss edir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1409