hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Ermənistan növbəti təxribata hazırlaşır? - Paşinyanın gizli planı

Ermənistan növbəti təxribata hazırlaşır? - Paşinyanın gizli planı

"Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa növbəti heyətini göndərir. Ermənistanın diaspor üzrə nümayəndələri Zara Sinanyan və Sara Andjarqolyan yanvarın 22 və 24-də Dağlıq Qarabağda olacaqlar.

Azərbaycan torpaqlarına növbəti qanunsuz gəlişin məqsədi kimi yerli separatçılarla diasporanın imkanlarından səmərəli istifadəni müzakirə etmək göstərilir".

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun srağagünkü çıxışının mətniqinə görə bu səfərlərdə anormal heç nə yoxdur və Ermənistanla Dağlıq Qarabağdakı separatçılar Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilərlər:

"Məsələ burasındadır ki, dəhliz birtərəfli qaydada istifadə olunur, yəni əsasən Ermənistandan Dağlıq Qarabağa gəlirlər, halbuki separatçıların təmsilçilərini bu və ya digər məsələnin müzakirəsi üçün Ermənistana çağıra bilərlər. Etmirlər, özləri separatçıların ayaqlarına gedirlər. Deməli, Ermənistandan gələnlərin məqsədi heç də Dağlıq Qarabağ ermənilərinin problemləri ilə məşğul olmaq deyil, bunu rusiyalı hərbçilərə yükləyiblər. Xankəndiyə səfərlərin əsas məqsədi “Dağlıq Qarabağ Respublikasının” var olduğunu göstərməkdir. Bunu Moskva da anlayır. Əks halda səfərlərə anormal baxmayan Lavrov erməni rəsmiləri Dağlıq Qarabağa gələrkən təxribatçı açıqlamalardan çəkindirməzdi. Elə Azərbaycan ərazisinə qanunsuz səfərlərin məqsədi məhz budur".

Cebhe.info


Oxunma sayı: 1618