hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Ermənistan parlamentində Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək

Ermənistan parlamentində Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçiriləcək

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri komissiyasında yaxın günlərdə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi üzrə dinləmələr keçiriləcək.

“Report” “Joxovurd”a istinadən xəbər verir ki, dinləmələrdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndəsinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki “Mənim addımım” fraksiyasının üzvü, komissiyanın sədri Andranik Koçaryan məsələni şərh etməkdən boyun qaçırıb.

Cebhe.info


Oxunma sayı: 1271