hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Ermənistan prezidenti barədə cinayət işi açıldı

Ermənistan prezidenti barədə cinayət işi açıldı

Ermənistanın Baş Prokurorluğunda Prezident Armen Sarkisyanla bağlı cinayət işi açılıb.

Səbəb kimi onun ikili vətəndaşlıq faktını gizlətməsi göstərilir.

Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zöhrabyan jurnalistlərə bildirib ki, cinayət işi 53 vəkilin 30 mart tarixli müraciəti əsasında açılıb. Prezident sənədlərin saxtaşdırılmasında ittiham olunur.

Belə ki, o, 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olsa da, prezident seçildiyi zaman bu faktı bəyan etməyib.

Ermənistan qanunlarına əsasən, ölkə prezidenti seçilməzdən azı altı il əvvəl Ermənistan vətəndaşlığı almalıdır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1739