Ermənistan prezidentinin səhhəti ağırlaşdı

Koronavirusa yoluxmuş Ermənistan Prezidenti Armen Sarkisiyan xəstəxanaya yerləşdirilib.
Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Prezident evdə müalicə alırdı, lakin xəstəlik ağırlaşmalarla davam etdiyi üçün xəstəxanaya yerləşdirildi. Onda yüksək temperatur müşahidə edilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, yanvarın 5-də Sarkisyana koronavirus diaqnozu qoyulub. Prezident təcrid olunub və Londonda həkim nəzarəti altında evdə müalicə edilib.
Prezidentin həyat yoldaşı Nune Sarkisyan da koronavirusa yoluxub.
Naibə
Cebhe.info
Oxunma sayı: 584
Bizim Telegram səhifəmizi izləyin