hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Ermənistan Qarabağda tam məğlubiyyətin astanasındadır" - POLİTOLOQ

"Ermənistan Qarabağda tam məğlubiyyətin astanasındadır" - POLİTOLOQ

"Ermənistan rəhbərliyinin Gəncədə svil insanlara qarşı terror aktının cavabı artıqlaması ilə verilməlidir"

Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.


"Ermənistan isterikadadır və Qarabağda tam məğlubiyyətin astanasındadır. Beynəlxalq təşkilatlara fikir vermek lazım deyil. Onlar bu terror aktına səssizdirlər.

Ermənistan ərazisində hərbi hədəflər məhv edilməli və hətta artıq Qafan, Vardenis, Gorus vurulmalıdır.

Ermənistanla sülh müqaviləsi mümkün olmayacaq. Prosesləri tətikləyən Kremildir və iki ölkənin daima müharibə şəraitində olması özünün geosiyasi maraqlarına cavab verir.

Xankəndi, Şuşa qısa vaxtda götürülməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa bəyanatı Yerevanı pat vəziyyətə saldı.

Xalqımız bir olmalı, Türkiyə bizimlədi. Heç bir təhdid bizim haqq işimizdən döndərə bilməyəcək".

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 15808

Bizim Telegram səhifəmizi izləyin