hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Ermənistan Rusiyadan aldığı qazın qiymətini bahalaşdıranları axtarır

Ermənistan Rusiyadan aldığı qazın qiymətini bahalaşdıranları axtarır

Ermənistan hökuməti Rusiyadan idxal edilən təbii qazın qiymətinin kimin bahalaşdırdığını bu günədək bilmir. 

“Report” xəbər verir ki, bu barədə “Jamanak” yazıb.

“Mənbəyimiz bildirib ki, hökumətə yaxın dairə qazın qiyməti ilə bağlı Ermənistanla Rusiya arasında müzakirənin çox maraqlı keçdiyini danışıb.

Baş nazirin müavini Mqer Qriqoryan Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi ilə görüşdü. Ona dedilər ki, qazın qiyməti siyasi məsələdir və Kremllə razılaşdırılmalıdır. O, Kremlə getdi. Orada ona dedilər ki, bu, iqtisadi məsələdir və onu “Qazprom”la danışmaq lazımdır. Odur ki, hökumət qazın qiymətini kimin qaldırdığını başa düşə bilmədi”, - deyə qəzet yazıb.

Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Rusiya bu ölkəyə təbii qazın min kubmetrini 150 dollardan 165 dollaradək bahalaşdırıb.

Tərəflər arasında qazın qiyməti ətrafında danışıqlar 2018-ci ilin noyabrından başlayıb. Əvvəlki müqavilənin müddəti 2018-ci il dekabrın 31-də başa çatıb. Müqavilə müddəti bitənə bir neçə gün qalmış Nikol Paşinyan yeni sazişin şərtlərinin müzakirəsi üçün Moskvaya səfər etsə də, buna nail ola bilməmişdi. Dekabrın 31-də isə məlum oldu ki, Rusiya tərəfi qiyməti qaldırıb.

 Cebhe.info


Oxunma sayı: 760