hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Ermənistan və Gürcüstan çaylarımızı çirkləndirməkdə davam edir

Ermənistan və Gürcüstan çaylarımızı çirkləndirməkdə davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayında növbəti monitorinq keçirib.

Nazirlikdən Cebhe.info-ya verilən məlumata görə, oktyabr ayının  I ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 8  m3/san artaraq 133 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür və Araz çaylarının yuxarı axınında  yerləşən Gürcüstan və Ermənistan Respublikalarının ərazilərindən bu su obyektlərinə lazımi təmizlənmə aparılmadan əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli  çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarı sanitar-ekoloji normadan artıq olması müşahidə olunub. Sərhəddən keçdikdən sonra  Kür çayı-Şıxlı-2, Ağstafaçay,  Ağstafa su anbarında,  Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan  çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,85 -7,50 mq/l arasında dəyişib.

Oktyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenollar aşağıdakı məntəqələr üzrə Kür-Şıxlı-2-də 1,4, Agstafa s\a Musaköy k.-də 1,3, Ağstafaçay-Qazax şəhərində isə 1,7 dəfə  normanı keçib. Araz çayı-Horadiz, Araz çayı-Bəhramtəpə və  Araz çayı-I Şahsevən məntəqələrində isə fenollar 2,1-2,2 dəfə normanı keçib. Biogen maddələrin isə  yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb.

Xatirə
Cebhe.info


Oxunma sayı: 507