hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistan xəstəxanaları xəstələrin üzünə bağladı- RƏSMƏN

Ermənistan xəstəxanaları xəstələrin üzünə bağladı- RƏSMƏN

Ermənistanda hərbi vəziyyətin elan olunması ilə xəstəxanalarda ciddi problemlər özünü göstərməyə başlayıb. Belə ki, yer və qan çatışmazlığı özünü göstərir.

Cebhe.info xəbər verir ki, Səhiyyə naziri Arsen Torosyan xəstəxanalara planlı qəbulu nəzərdə tutan əmr imzalayıb.

Hərbi vəziyyətin sonuna qədər xəstəxanalara ancaq təcili tibbi müdaxiləyə ehtiyacı olanlar və reanimasya xəstələri qəbul ediləcək. Bu isə Ermənistanda səhiyyənin səviyyəsini, əhaliyə göstərilən tibbi xidmətin gərginliyə davamlı olmadığını göstərir.

Xatıradaq ki, erməni təxribatına cavab olaraq Azərbaycan ordusu dünən səhər saatlarından etibarən əsk-həmlə əməliyyatına başlayıb. Bir neçə kəndimiz işğaldan azad edilib. Azərbaycan Müdafiə Nazirliyi düşmənin 500-dək canlı qüvvə itkisi olduğunu açıqlayıb.

Cebhe.info


Oxunma sayı: 2718

Bizim Telegram səhifəmizi izləyin