hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ermənistana Azərbaycandan qaz tranziti davam edir? - SOCAR-dan RƏSMİ AÇIQLAMA

Ermənistana Azərbaycandan qaz tranziti davam edir? - SOCAR-dan RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, bu ilin 16 martında SOCAR və “Qazprom Export” şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb.

Müqaviləyə əsasən “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükü Azərbaycan üzərindən aparılır.

Bəs müqavilənin müddəti bitibmi?

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Cebhe.info-ya bildirib ki, müqavilə bir aylıq imzalanıb:

“SOCAR və “Qazprom Export” şirkəti arasında sözügedən müqavilə bir aylıq imzalanıb. Bu müddətdə 150 mln. kubmetr civarında qazın nəqlini nəzərdə tutur. Rusiya qazının tranziti hazırda müqavilə şərtləri əsasında davam etdirilir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1992