hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

ABŞ Ermənistanı "qaralayıb": "Siyahı genişlənə bilər"- RƏY

ABŞ Ermənistanı "qaralayıb": "Siyahı genişlənə bilər"- RƏY

ABŞ-ın Ticarət Nazirliyi “qara siyahı”ya saldığı ölkələrin adlarını açıqlayıb. Siyahıda Ermənistanın da adı var.

Sanksiyalar siyahısında Ermənistandan iki şirkət yer alıb: İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və “Markel” QSC.

Məlumata görə, İrNİSS lisenziyasız ABŞ-ın Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından (CCL) mallar alaraq təkrar ixrac edib.

Ayrıca, İrNİSS-in icraçı direktoru və “Markel” QSC-nin prezidentinin ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə işbirliyində olduğu açıqlanıb.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bu sanksiyaların spektorunun genişlənə biləcəyini istisna etmədiyini bildirib:

“Amerika getdikcə İrana qarşı təzyiqi artırır. Bölgədə vəziyyət gərgindir. Ona görə də ABŞ-ın Ermənistana qarşı sanksiyaları artırması mümkündür. Hələlik məhdud çərçivədə əməkdaşlıq edən şirkətlərə qarşı bu sanksiyalar düşünülür və həyata keçirilir. Amma böyük ehtimalla Ermənistanın adıçəkilən həmin iki şirkəti də İranla elə bir sahədə əməkdaşlıq edir ki, həmin sahələr artıq ABŞ-ın sanksiyaları siyahısına düşür. Bunlar spesifik sahələrdir. Azərbaycan dövlət şirkətləri də İranla müxtəlif sahələrdə əməkdaşlıq etməsinə baxmayaraq Amerika tərəfindən heç bir sanksiyaya məruz qalmayıb. Çünki Azərbaycan o sahələrdə İranla əməkdaşlıq edir ki, o sahələr sanksiyalar siyahısına düşmür. Ancaq görünür Ermənistan elə sahələrdə İranla əməkdaşlıq edib ki, ona qarşı bu sanksiyalar tətbiq olunur.Amma ABŞ-ın Ermənistana qarşı sanksiyalar siyahısının genişlənəcəyini istisna etmirəm. Bu da mümkündür. ABŞ İranla əməkdaşlıq edən bəzi Avropa şirkətlərinə də sanksiyalar tətbiq etməyi düşünür. Bu siyahı genişlənə bilər. Necə ki, ABŞ Konqresinin qəbul etdiyi qətnamələrində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların siyahısı böyüyür. Eləcə də Ermənistana qarşı həmin siyahı genişlənə bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1134