hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Ermənistanda aksiya iştirakçılarına cinayət işi açıldı

Ermənistanda aksiya iştirakçılarına cinayət işi açıldı

Aprelin 22-də Ermənistan Baş prokurorluğunun binası qarşısına keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma ilə əlaqədar cinayət işi başlanıb.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

"Cinayət işi açılıb, iş İstintaq Komitəsinə təhvil verilib", - deyəməlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Ermənistan Baş prokurorluğunun binası qarşısına toplaşan nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər. Aksiyada polislə vətəndaşlar arasında qarşıdurma olub.

Cebhe.info


Oxunma sayı: 507