hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistanda böyük problem: Qarabağdan gedənlər ac-susuz küçələrdə qalıb

Ermənistanda böyük problem: Qarabağdan gedənlər ac-susuz küçələrdə qalıb

"Dağlıq Qarabağda başlayan müharibə Ermənistana daha çox sayda adamın getməsinə səbəb olub. Paytaxt İrəvanda adam əlindən tərpənmək olmur. Yaşayış yeri qəhətə çəkilib".

Cebhe.info xəbər verir ki, bu barədə Almaniyanın TAZ (Die Tageszeitung) nəşri yazıb.

Məlumatda bildirilir ki, gələnləri mehmanxanalarda yerləşdirsələr də, artıq orada da yer yoxdur. Mehmanxana otaqlarına tutmundan 3 dəfə artıq insan yerləşdirilir.

"Ermənistan paytaxtı ciddi problemlə üzləşib. Şəhər həddən artıq yüklənib. Ev kirayə tutmaq mümkünsüzdür. Şəhəri bu problemdən xilas etmək üçün Əmək və Sosial Müdafiə Nazirliyi gələnləri regionlarda yerləşdirməyə çalışır. Ancaq regionlarda da ancaq dövlət müəssisələrində yer var. İndi gələnlər məktəblərdə yerləşdirilir. İrəvandan 80 km məsafədə yerləşən Çerensavan şəhərində 400 belə ailə yaşayır. Onlar kiçik məkanlarda yerləşdirilib. 4 otaqlı evdə eyni zamanda 20 nəfər yaşayır. Dağlıq Qarabağdan gələnləri dəstəkləyəcək heç bir sosial proqram yoxdur. Ermənistan bütün resurslarını müharibəəy yönəldib- zaman, kadr və pul ehtiyatını”,- deyə nəşr yazıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1904

Bizim Telegram səhifəmizi izləyin