hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Ermənistanda hər gün atışmadır: Bu dəfə kriminal avtoritetin yaxın adamı öldürüldü

Ermənistanda hər gün atışmadır: Bu dəfə kriminal avtoritetin yaxın adamı öldürüldü

Ermənistanda kirminal vəziyyət gedikcə gərginləşir. Paytaxt İrəvanda bir neçə gün əvvəl baş verən atışmadan sonra indi də Armavirdə oxşar hadisə qeydə alınıb.

Cebhe.info xəbər verir ki, kriminal aləmdə "Don Pipo" kimi tanınan Artur Asatryanın mühafizəçisi atışmada öldürülüb.

Hadisə Eşmiəzdin şəhərində axşam saatlarında qeydə alınıb. Şəhər xəstəxanasına gətirilən cəsədin kriminal avtoritetin mühafizəçisinə məxsus olduğu müəyyən edilib. Bu, 29 yaşlı Razmik Soqoyandır.

“Don Pipo” özü də istintaq altındadır. O, bir neçə nəfəri silah gücünə girov götürməkdə ittiham olunur. Yayda həbs olunan avtoritet daha sonra girov müqabilində sərbəst buraxılıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 980