hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistanda iqtisadi tənəzzül - "Bu, rejim üçün yaxşı heç nə vəd etmir"

Ermənistanda iqtisadi tənəzzül - "Bu, rejim üçün yaxşı heç nə vəd etmir"

"Ermənistan iqtisadiyyatı savaşa reaksiya verməkdə davam edir. Savaş başlanan günlərdən milli valyutası dəyər itirməyə başlayan işğalçı ölkədə son günlər ciddi qiymət artımları da müşahidə edilir. Belə ki, əsgər geyimi 18 000 AMD-dan 25 000 AMD-ya, şəkərin qiyməti isə 320 AMD-dan 385 AMD-a qədər yüksəlib".

Cebhe.info xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib. O bildirib ki, digər istehlak mallarında da qiymət artımları qeydə alınıb:

"Ermənistanın hərbi-syası rejiminə yaxın şirkətlər, o cümlədən supermaketlər işğalçı orduya yardım etdiklərini bəyan etsələr də qiymət artımı ilə o “yardımı” adi ermənilərindən büdcəsindən artıqlaması ilə çıxarmağa çalışırlar. Artıq işğalçı ölkədə ciddi iqtisadi tənəzzül müşahidə olunur.

Beynəlxalq qiymətləndirici şirkətlər, o cümlədən "Fitch" agentliyi tərəfindən Ermənistanın krediti reytinqi aşağı salındıqdan sonra düşmən ölkədə ciddi böhran müşahidə edilir. Regionun ən böyük xarici borc asıllığı olan işğalçı ölkə uzunmüddəti savaşa hazır olmadığı kimi, post-savaş dövründə ciddi iqtisadi və sosial çətinliklər ilə üz-üzə qalacaq. Bu isə nə Paşinyan rejimi nə də işğalçı ölkə üçün yaxşı nə isə vəd etmir".

Naibə
Cebhe.info


Oxunma sayı: 1222

Bizim Telegram səhifəmizi izləyin