hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Ermənistanda koronavirusa yoluxanların sayı 25 min nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 25 min nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

Cebhe.info Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 433 nəfər koronavirusdan ölüb, 11 397 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Cebhe.info


Oxunma sayı: 716