Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda koronavirusa yoluxma hallarının sayı 183 nəfər artaraq 165 711-ə çatıb.
Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Ermənistanda son gün ərzində 9 nəfər virusdan həyatını itirib. Beləliklə, ölkədə pandemiya qurbanlarının ümumi sayı 3030 yüksəlib.
Ölkədə infeksiyadan sağalanların sayı 154 259 nəfər təşkil edir.
Naibə
Cebhe.info
Oxunma sayı: 628