hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ermənistanda “satqın ovu” başlandı: “Görünür, Rusiya təkcə silah ötürməklə...” - Osman Gündüz

Ermənistanda “satqın ovu” başlandı: “Görünür, Rusiya təkcə silah ötürməklə...” - Osman Gündüz

“Ermənistan daxilində vəziyyət deyəsən xeyli gərginləşib. Həm də gərginləşən yalnız siyasi vəziyyət deyil. Burada xain axtarışı davam edir. İndi də Ermənistanın ən böyük mobil operatorunun – Rusiyaya məxsus "Viva-MTS"-in baş direktoru Ralph Yirikyanı vətənə xəyanətdə ittiham ediblər. Bununla bağlı Ermənistan Baş nazirinin aparatının keçmiş işlər müdiri açıqlama verib. Sonradan o statusunu “gizlədib” və bəyan edib ki, əgər bununla bağlı təhlükəsizlik qurumları rəsmi təkzib verməsə yenidən açıqlayacaq”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüz qeyd edib ki, zaman-zaman bu Yirikyanı Ermənistanda anti-Rusiya dairələrini maliyyələşdirməkdə ittiham edirdilər:

“Əslən Livandan olan, Beyrutda Amerika Universitetini bitirən Ralf həmin şəxsdir ki, bir müddət Qarabağda qanunsuz fəaliyyət göstərən, Livanlı Fatuş qardaşlarına məxsus olan "Karabakh Telecom" mobil operatorunun da baş direktoru işləyib. Onun adı vaxtilə Ermənistan prezidentiliyinə real namizəd olaraq da hallanırdı. Rusiyaya məxsus olan "Viva-MTS" mobil operatoru baş direktorla bağlı yayılan xəbərləri təkzib edib. Yeri gəlmişkən, bu günlərdə Rusiyaya məxsus həmin bu "Viva-MTS" operatoru Qarbağa dəstək məqsədilə “Hər şey Arsak” üçün devizi altında keçirilən aksiyada da yaxından iştirak edərək “Hayastan” Fonduna 131 milyon dram vəsait köçürüb. Ermənistanın Rusiyaya məxsus olan digər bir operatoru –"Beeline" ("Veon Armenia") da həmin adıçəkilən fonda 100 milyon dram yardım edib. Belə görünür ki, Rusiya təkcə silahla kömək etməklə kifayətlənmir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3279

Bizim Telegram səhifəmizi izləyin