hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ermənistanda Müdafiə Nazirliyinin blokadası davam edir

Ermənistanda Müdafiə Nazirliyinin blokadası davam edir

Ermənistanda Qarabağ müharibəsi zamanı itkin düşənlərin yaxınları ölkənin Müdafiə Nazirliyinin binasını blokadada saxlamağa davam edirlər.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya 8 aprel səhər saatlarından başlayıb. İtkin düşən həbçilərin yaxınları maşınlarla Müdafiə Nazirliyinin bütün giriş və çıxışlarını bağlayıblar.

Bu gün səhər etirazçılar nazirlik binasının üzərində helikopter görüblər. Bəziləri müdafiə naziri Vaqarşak Arutyunyanın helikopterlə binanı tərk etdiyini düşünür.

İtkin düşən əsgərlərin yaxınları müharibə bitdikdən sonra dəfələrlə hökumət və Müdafiə Nazirliyinin binaları qarşısında etiraz aksiyaları keçiriblər. Baş nazir Nikol Paşinyan bir neçə dəfə itkin düşən əsgərlərin yaxınları ilə görüşüb, mümkün olan hər şeyi edəcəyinə söz verib. Amma qarşı tərəf hökumət səviyyəsində lazımi addımların atılmadığını bildirir.

Cebhe.info


Oxunma sayı: 650