hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Ermənistanda müharibə və koronavirusdan 8 min insan ölüb" - Artsvik Minasyan

"Ermənistanda müharibə və koronavirusdan 8 min insan ölüb" - Artsvik Minasyan

"Ermənistanda son 8 ayda koronavirus və Qarabağdakı müharibə səbəbiylə 8 min insan öldü və bu insanların ölümündə əsas günahkar hakimiyyətdir".

Cebhe.info xəbər verir ki, bu sözləri müxalifətin mitinqi zamanı "Daşnaktsutyun" partiyasının üzvü, keçmiş iqtisadiyyat naziri Artsvik Minasyan söyləyib.

Onu fikrincə, Paşinyan fəaliyyət göstərməyə davam edərsə, o zaman ölkə yeni fəlakətlərlə qarşılaşacaq:

"Fikir verin, 8 ayda Paşinyan və hökuməti 8 min insanın ölümünü təmin etdi. Cəbhədə və koronavirus səbəbi ilə nə qədər adam öldü. Və əsas günahkarlar Paşinyan və onun hökumətidir. Onlar ədalət məhkəməsində mühakimə olunmalıdır. Gələcəkdə bu cür qüvvələr hakimiyyətə gəlməməməlidir".

Naibə
Cebhe.info


Oxunma sayı: 1387

Bizim Telegram səhifəmizi izləyin