hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Ermənistanda növbəti dövlət çevrilişi

Ermənistanda növbəti dövlət çevrilişi

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan barəsində cinayət işi açılıb. 

Cebhe.info-nun məlumatına görə, Ermənistan Milli Məclisinin “Parlaq Ermənistan” fraksiyasından olan deputatı Arman Babacanyan dövlət hakimiyyətinin bir qrup vəzifəli şəxs tərəfindən mənimsənilməsinə dair açıq cinayət törədilməsi barədə baş prokurora məlumat göndərib. Ermənistan Xüsusi İstintaq Xidmətindən verilən açıqlamada bildirilir ki, daxil olan məlumat əsasında Cinayət Məcəlləsinin 300.1 maddəsi ilə cinayət işinin açıqlaması barədə qərar qəbul olunub. Hazırda istintaq araşdırması aparılır. Arman Babacanyanın sözlərinə görə, Xüsusi İstintaq Xidmətinin hazırladığı materialların Respublika Prokurorluğuna təqdim olunması əsasında Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və digər vəzifəli şəxslər barəsində hakimiyyətin qəsb edilməsi maddəsi ilə cinayət işi qaldırılıb. Xatırladaq ki, Ermənistanın parlamenti bundan öncə Hrayr Tovmasyanın hakimlik səlahiyyətlərinə xitam verilməsi barədə qərar layihəsini qəbul edərək təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Buna səbəb kimi onun sentyabrın 4-də eks-prezident Robert Köçəryanın xeyrinə qərar çıxartmaqla qanunvericiliyin tələblərini pozduğu göstərilir. Konstitusiya Məhkəməsinin sentyabr ayının 4-də H.Tovmasyanın sədrliyi ilə keçirilən iclasında R.Köçəryan barəsində həbs qətimkan tədbirinin Cinayət Prosessual Məcəlləsinə uyğun olmadığına dair qərar çıxarılıb. 

Ermənistan parlamenti isə H.Tovmasyanı səlahiyyətlərini aşmaqda ittiham edir. Ermənistan qanunvericiliyinə görə, Konstitusiya Məhkəməsinin sədrinin səlahiyyətlərinə xitam verilməsi üçün 9 üzvdən ən azı 6 nəfərin lehinə səs verməsi lazımdır. Lakin Konstitusiya Məhkəməsi parlamentin müraciətini rədd edərək H.Tovmasyanı sədr postunda saxladı. Ona görə də görünür, parlamentin müraciəti əsasında Konstitusiya Məhkəməsinin üzvlərinə, o cümlədən H.Tovmasyana qarşı R.Köçəryanın ittiham olunduğu maddə üzrə cinayət işi açılıb.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 11441