Ermənistanda polis hökumət binasını nəzarətə götürdü

Ermənistanda polis və təhlükəsizlik qüvvələri hökumət binasını nəzarətə götürüb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, səbəb müxalifətin İrəvanda yerli vaxtla 11:00-a hökumət binası qarşısına aksiya təyin etməsidir.
Həmçinin hökumət binasının üzərində snayperlər görülüb. Müxalifətin binaya hücum edəcəyi barədə məlumatların yayıldığı bildirilir. Aksiyaya polis müdaxiləsi gözlənilir.
Cebhe.info
Oxunma sayı: 485