hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Ermənistanda seçki gərgin başladı: Köçəryanın qərargahına polis basqını

Ermənistanda seçki gərgin başladı: Köçəryanın qərargahına polis basqını

Ermənistanda bu gün keçirilən parlament seçkisi gərginliklə başlayıb.

Cebhe.info Ermənistan mətbutına istinadən bildirir ki, polis sabiq prezident Robert Köçəryanın rəhbəri olduğu "Ermənistan" blokunun Sisiyandakı ofisində axtarış aparıb.

Bu barədə şəhər meri Artur Sarkisyan bildirib.

Merin sözlərinə görə, həmçinin blokun nümayəndələrinin evlərində axtarış aparılır.

Səbəb barədə hələlik məlumat verilmir. Polis qərargahdakı axtarıın səbəbini açıqlamayıb.

Xatırladaq ki, bu gün Ermənistandakı parlament seçkisində 25 siyasi qüvvə iştirak edir. Onlardan 21-i partiya, 4-ü isə blokdur. Seçkidə 2,5 milyondan artıq şəxsin səsvermə hüququ var.

Onlardan 855 mini paytaxt İrəvandadır. 363 nəfər elektron qaydada səsvermə hüququna malikdir. Bunlar diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləridir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 9329