hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Ermənistanda seçkidən sonra ilk addım: “Azərbaycanla sülh sazişi və Zəngəzur dəhlizinin açılmasıdır” - Rəfail Becanov

Ermənistanda seçkidən sonra ilk addım: “Azərbaycanla sülh sazişi və Zəngəzur dəhlizinin açılmasıdır” - Rəfail Becanov

“Ermənistanda seçkilər bitdi və əsas proqnozlaşdırılan oldu. Paşinyan qalib gəldi. İrticanın sərt qanadı olan qatil Köçəryan seçkiləri uduzdu. Köçəryana səs verməməklə ermənilər 44 günlük müharibənin acı və qorxusunu unutmadıqlarını göstərdilər. Çünki daha sərt və qatil birini yenidən hakimiyyətə gətirsəydilər, bu, region üçün problemə çevriləcəkdi. Onda yenidən Azərbaycanın daha sərt üzünü və gücünü görəcəkdilər. Çünki Köçəryan kapitulyasiya aktındakı bəndlərin qarşısını almağı bacarmasa da, gecikdirməyə çalışacaqdı”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Ermənistandakı son seçkilərin nəticəsi barədə danışarkən deyib.

Baş redaktor bildirib ki, indi Ermənistan seçkilərini birmənalı qiymətləndirmək və hadisələrin artıq səngiyəcəyini, daxildə əmin-amanlıq olacağını tam proqnozlaşdırmaq olmaz:

“Köçəryan qisas adamıdır və Rusiyanın ondan bütünlükdə imtina etməsi də inandırıcı deyil. Amma bizim üçün əsas məqam dediyimiz kimi, kapitulyasiya aktını imzalayan Paşinyanın qələbəsi id. Rəsmi məlumata görə, 2008 seçki məntəqəsinin nəticələri hesablanıb və Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" Partiyası 53,92% səs və 71 mandatla qalibdir. Köçəryan 29 mandata, Sarkisyan-Vanesyan bloku 7 mandata sahib olub.

Artıq Paşinyanın təkbaşına hökumət qurmaq, yeni prezident seçmək imkanları var. Köhnə prezidenti yola salacağı və Stepan Dəmirçiyana prezidentlik təklif edəcəyi gözlənilir. Bu isə Paşinyan üçün rahat fəaliyyət imkanı deməkdir”.

Baş redaktor bildirib ki, əslində Paşinyanın qələbəsi Ermənistana vacib idi:

“Bizim üçün fərq etməz, kim olur-olsun, istədiyimizi alacaqdıq. Xoşla olmayanı 44 günlük müharibədəki kimi zorla. Ermənistanı zorla təslimçilik sənədindəki müddəlara əməl etməyə vadar edəcəkdik. Ona görə də müharibə dövrünün arxada qalması daha çox Ermənistana lazımdır. İndi Paşinyan ağıllı və uzaqgörən siyasətlə məşğul olsa, həm ölkəsini, həm də özünü böhrandan çıxara bilər. İlk addım Azərbaycanla sülh sazişi və Zəngəzur dəhlizinin tezliklə açılmasıdır. Növbəti addım isə Türkiyə ilə münasibətlərə baxılması və yalançı soyqırım iddiasından rəsmən imtina etməkdir”.

R.Becanov qeyd edib ki, Paşinyan bunları etdikcə, yenidən təzyiqə məruz qalacaq:

“Amma Paşinyanın bu addımları Azərbaycanın, Türkiyənin və Qərbin maraqları daxilində olduğundan, Rusiya birbaşa müdaxilədən çəkinəcək”.

Cebhe.info


Oxunma sayı: 7965