hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Ermənistanda siyasi elita və cəmiyyət parçalanıb

Ermənistanda siyasi elita və cəmiyyət parçalanıb

Ermənistanda gərginlik artır.

Azərbaycanın müzəffər ordusu qarsışında məğlub duruma düşmüş ermənilər “günah keçisi” axtarışına başlayıb. Ermənilər Qarabağdakı məğlubiyyətə görə, gah Paşinyanı, gah erməni milyarderlərini, gah ordu rəhbərliyini, gah da hamiləri olan Rusiyanı suçlandırırlar. Lakin hamı bilir ki, bunun bircə səbəbkarı var, o da qüdrətli Azərbaycan ordusunun sarsıdıcı zərbəsidir.

Ermənilər indi də bu məsələdə klanlararası çəkişməyə başlayıblar. Belə ki, Ermənistan erməniləri Rusiyanı onları satmaqda ittiham edirlər. Bunu müxtəlif KİV orqanlarına müsahibə verən ermənilərin çıxışından da görmək olur. Halbuki özləri Rusiyanı satdıqları göz önündədir. Digər tərəfdən isə Qarabağ erməniləri Rusiyaya onları son anda qurtardığı üçün təşəkkür edirlər. Lakin bu, yerli ermənilərin narazılığına səbəb olub.

Bu gedişat Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında klanlararası savaşlara gətirib çıxara bilərmi?

Politoloq Fikrət Sadıqov "Cümhuriyət"ə açıqlamasında deyib ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında hər an qarşıdurma yaşana bilər:

"Hazırda Ermənistanda vəziyyət elə bir səviyyədədir ki, ermənilər arasında hər an müxtəlif formada qarşıdurmalar başlaya bilər. Çünki bir tərəfdən Qarabağ klanı uzun illər idi ki, Ermənistanda hakimiyyətdə idi və onları da aradan çıxardılar. Laki bu klanın yerinə gələn də fərqli bir şəxs olmadı. Paşinyan Ermənistanı dağıtdı, erməni xalqına yalançı vədlər verdi. Qısası, Paşinyan fiaskoya uğrayan bir siyasətçidir, əgər o "siyasətçidirsə".

Politoloq yaranacaq qarşıdurmanın əsas səbəblərindən biri kimi Ermənistan ermənilərinin özlərini Qarabağ ermənilərindən üstün hesab etməsində görür:

"Əlbəttə real vəziyyət ölkədə qarşıdurmaya gətirib çıxara bilər. Çünki Qarabağda yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilərin dünyagörüşü də müxtəlifdir. Ermənistan erməniləri daim özlərini üstün tutublar və Qarabağ ermənilərini əyalət xalqı kimi dəyərləndiriblər. Hesab etmirəm ki, mövcud vəziyyət Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında müharibəyə və ya savaşın çıxmasına səbəb olsun. Amma müəyyən qarşıdurmaya gətirib çıxarda bilər".

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 7998

Bizim Telegram səhifəmizi izləyin