hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ermənistanda xaos: “Qarabağ klanı” Paşinyandan əl çəkmir

Ermənistanda xaos: “Qarabağ klanı” Paşinyandan əl çəkmir

"Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına mənfi rəy verilməyəcəyini qeyd etdi. Əgər Nikol Paşinyan hakmiyyətdə qalacaqsa, iki ölkə arasında sərhədlərin açılması bu ölkədə Rusiyanın mövqelərini zəiflədəcək".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, məhz prezidentin bu mövqeyi geosiyasi planın tərkibidir:

"Bu arada Ermenistanda siyasi vəziyyət gərgin olaraq qalır. Prezident Armen Sarkisyan Nikol Paşinyanın təqdimatına baxmayaraq Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etmədi. Burada prezidentə Rusiyanın təsirini istisna etmirəm. Baş qərargah rəisi birbaşa Kremlə bağlıdır. Baş Qərargah "Qarabağ klanı" ilə birgə koordinasiyalı şəkildə çalışır və demək olar ki, prezidentdə hərbi çevrilişin içindədi.

Prezident İlham Əliyevdə Ermenistanda revanşistlərin hakmiyyətə gəlməsində maraqlı deyil. Əgər onlar çevriliş yolu ilə hakmiyyətə gələrsə, nəyin bahasına olursa olsun Laçın dəhlizində Azərbaycan postu qurulacaq. Əksi isə müəyyən problemlerin ortaya çıxmasına gətirib çıxaracaq. Qeyd edim ki, yaxın aylarda Türkiyə Ermənistan sərhədləri açıla bilər. Azərbaycan tərəfi razılığını verdi".

Cebhe.info


Oxunma sayı: 1497